<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Rəbbin sonsuz mərhəməti insanların ümididir İL508</title>
<lyrics>[V1]
 Rəbbin sonsuz mərhəməti insanların ümididir,
 Xilas edir hər milləti, Rəbb sözü qılınc kimidir.

[C1]
   İnan, vaxta az qalıbdır, aç gözünü, İsaya bax,
   Müqəddəs həyat sürərək, Onun kimi Göylərə qalx.

[V2]
 Əgər dönsən imanından, heç kim etməz sənə kömək,
 Məhrum olarsan Allahdan, sıxılar köksündə ürək.

[V3]
 Olsun inamın İsaya, sevinclə vur ömrü başa,
 Bu həyatda olma tənha, heç zaman düşmə təlaşa.</lyrics>
<hymn_number>508</hymn_number>
</song>